• Zəng :+994 50 231 17 18

    [[email protected]]

  • Bakı şəhəri, Yasamal
    rayonu, Şərifzadə küçəsi 241 e

img
  • 4 may 2023

Yük Avtomobili Sürücüsü

  2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan "878 Bizim Yükdaşıma və Evakuasiya" şirkəti hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, İşçi qüvvəsi, Anbar və Avtokar xidmətləri kimi işləri də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan "878 Bizim Yük" Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə “878 Bizim Yükdaşıma və Evakuasiya” MMC-nin fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

  • İş yeri: Bakı şəhəri, Ulduz metrosunun çıxışı
  • İş vaxtı: növbəli qrafik
  • Əmək haqqı: Vəzifə maaşı 450 AZN ( +10% bonus)

 

İŞİN TƏSVİRİ

  • Yüklərin təyinat məntəqəsinə (Bakı daxili və bölgələrə) təhlükəsiz, əskiksiz, sağlam şəkildə və müəyyən edilmiş vaxtlarda çatdırılması;
  • Nəqliyyat vasitəsinə lazımi qulluğun göstərilməsi və təmiz olmasının təmin edilməsi;
  • İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət edilməsi və ehtimal edilən hər bir texniki nasazlıq haqqında lazımi tədbirlərin görülməsi və həmin nasazlığın aradan qaldırılması

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR

  • BC kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
  • Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli;
  • Ən az 3 il sürücülük təcrübəsi olmalı
  • Bakı şəhərində yük və evakuasiya maşını sürən namizədlərə üstünlük verilir

Göstərilən tələblərə cavab verən namizədlər vakansiyaya müraciət edə bilər.

x