• Zəng :+994 50 231 17 18

    [[email protected]]

  • Bakı şəhəri, Yasamal
    rayonu, Şərifzadə küçəsi 241 e

img
  • 4 mar 2024

İşçi Qüvvəsi - VAKANSİYA

2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan "878 Bizim Yükdaşıma və Evakuasiya" şirkəti hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, İşçi qüvvəsi, Anbar və Avtokar xidmətləri kimi işləri də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan "878 Bizim Yük" Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə “878 Bizim Yükdaşıma və Evakuasiya” MMC-nin fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

  • İş yeri: Bakı şəhəri, Ulduz metrosunun çıxışı
  • İş vaxtı: növbəli qrafik
  • Əmək haqqı: 700-900 AZN

İŞİN TƏSVİRİ

– Yüklərin əllə və mexaniki daşınması, yük avtomobillərinə yüklənməsi və boşaldılması
– Zərurətə görə digər işlərin görülməsi

– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi bağlanılır
 

NAMİZƏDƏ TƏLƏBLƏR

– Fiziki cəhətdən sağlam olmalıdır
– Komanda şəklində işləmə qabiliyyətinə malik olmalıdır
– Davranış etiketi qaydalarını bilməlidir
– Yük daşıma işində təcrübəsi olanlara üstünlük veriləcək
Uyğun namizədlərdən məlumatlarını +99450 2311728 nömrəsinin WhatsAppına göndərmələri xahiş olunur.

x