• Zəng :+994 50 231 17 18

    [[email protected]]

  • Bakı şəhəri, Yasamal
    rayonu, Şərifzadə küçəsi 241 e

img
  • 2 iyn 2024

Gecə növbəsinə OPERATOR AXTARIRIQ!

2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan "878 Bizim Yükdaşıma və Evakuasiya" şirkəti hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, İşçi qüvvəsi, Anbar və Avtokar xidmətləri kimi işləri də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan "878 Bizim Yük" Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə “878 Bizim Yükdaşıma və Evakuasiya” MMC-nin fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

 

  • İş yeri: Bakı şəhəri,Yasamal ray., Şərifzadə 241E
  • Əmək haqqı: 500-700 AZN

 

İŞİN TƏSVİRİ

  • Daxil olan zənglərin qəbul olunması, sifarişlərin alınması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurulması
  • Növbəli iş qrafiki ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla),
  • Şikayət və sorğuları idarə etmək üçün bütün müvafiq məlumatları əldə etmək və aidiyyatı üzrə yönləndirmək
  • Daxil olan zangləri qəbul etmak va müvafiq sistemdə qeydiyyatını aparmaq
  • Şirkətin göstərdiyi xidmətlər barədə müştəriləri məlumatlandırmaq
  • Həftənin 6 günü iş

 

NAMİZƏDDƏN TƏLƏBLƏR

  • Səlis Azərbaycan dili
  • Müştərilərlə ünsiyyət qurma bacarığı;
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
  • Xoş səs tonu;
  • Məsuliyyətlilik və inkişafa meyillilik;
  • Stresə davamlılıq;
  • Emosiyalarını idarə etmə bacarığı;
  • Kollektivdə komanda ilə işləmə bacarığı.
  • Kompyuter proqramlarını bilmək (MS office)

 

Vakansiya müraciət üçün CV-ni sayt üzərindən və ya mailə göndərə bilərsiniz.

x