• Zəng :+994 50 231 17 18

    [[email protected]]

  • Bakı şəhəri, Yasamal
    rayonu, Şərifzadə küçəsi 241 e

img
  • 1 okt 2025

Evakuator Sürücüsü Axtarılır!

2018-ci ildən fəaliyyət göstərən “878 Bizim Yükdaşıma və Evakuasiya” MMC, ölkənin sürətlə inkişaf edən Yükdaşıma və Logistika şirkətlərindən biridir. Artıq yükdaşıma ilə başlayan fəaliyyətimiz genişlənərək Evakuasiya, Usta, İşçi qüvvəsi, Anbar və Avtokar xidmətlərini də əhatə edir.

İndi biz komandamıza peşəkar və məsuliyyətli Evakuator Sürücüsü axtarırıq!

İş yeri: Bakı şəhəri, Ulduz metrosunun çıxışı
İş vaxtı: Növbəli qrafik
Əmək haqqı: 450 AZN + 10% bonus

Vəzifələr:

  • Nəqliyyat vasitələrini təhlükəsiz və vaxtında təyinat məntəqəsinə çatdırmaq (Bakı daxili və bölgələr);

  • İdarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamaq və lazım olan tədbirləri görmək;

  • Evakuator və yüklərin təmiz və qaydalara uyğun saxlanmasını təmin etmək;

Namizədə dair tələblər:

  • BC kateqoriyalı sürücülük vəsiqəsi olmalı;

  • Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli;

  • Ən az 3 il sürücülük təcrübəsi;

  • Bakı şəhərində yük və evakuasiya maşını sürmək üstünlükdür.

Əgər siz özünə güvənən, peşəkar və məsuliyyətli sürücüsünüzsə və “878 Bizim Yükdaşıma və Evakuasiya” komandasında fəaliyyət göstərərək yeni uğur hekayəsinin bir hissəsi olmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!

x