- 4 окт 2023
Tır sürücüsü
2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan "878 Bizim Yükdaşıma və Evakuasiya" şirkəti hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, İşçi qüvvəsi, Anbar və Avtokar xidmətləri kimi işləri də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan "878 Bizim Yük" Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə “878 Bizim Yükdaşıma və Evakuasiya” MMC-nin fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
- İş yeri: Bakı şəhəri, Ulduz metrosunun çıxışı
- İş vaxtı: növbəli qrafik
- Əmək haqqı: Razılaşma yolu ilə
İş barədə məlumat
- Tentli yarımqoşqulu avtomobillərin idarə edilməsi
- Tent tipli avtomobilin idarə edilməsi
- Yüklərin təyinat məntəqəsinə təhlükəsiz və müəyyən edilmiş vaxtda çatdırılması
- Nəqliyyat vasitəsinə müvafiq texniki xidmətin vaxtı-vaxtında göstərilməsi, ehtimal olunan nasazlıq zamanı rəhbərliyə məlumatın verilməsi və nasazlıqların aradan qaldırılması
- Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəli olmasına nəzarət edilməsi
- Yük və nəqliyyat vasitəsinə aid olan sənədlərinə nəzarət və müvafiq yerdə saxlanılması
- Hesabatların dəqiqliklə və vaxtında rəhbərliyə təhvil verilməsi
Namizədə tələblər
- B CE kateqoriyalı sürücülük vəsiqəsi
- Yol hərəkəti qaydalarını və yol xəritəsini bilməli
- Müvafiq sahə üzrə minimum 5 il təcrübəsi
- Bakı şəhəri üzrə yaşayış
- 30-56 yaşlarında bəylər
- Təhsili orta texnik