• Вызов :+994 50 231 17 18

    [[email protected]]

  • Bakı şəhəri, Yasamal
    rayonu, Şərifzadə küçəsi 241 e

img
  • 1 июл 2024

OPERATOR AXTARIRIQ!

2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan "878 Bizim Yükdaşıma və Evakuasiya" şirkəti hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, İşçi qüvvəsi, Anbar və Avtokar xidmətləri kimi işləri də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan "878 Bizim Yük" Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə “878 Bizim Yükdaşıma və Evakuasiya” MMC-nin fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

 

İş yeri: Bakı şəhəri,Yasamal ray., Şərifzadə 241E
Əmək haqqı: 600-800 AZN
6 günlük iş qrafiki: 09:00 – 18:00

Hansı özəlliklərə malik olmalıdır?

Ali və ya orta təhsil 
21-29 yaş aralığında gənclər
Səlis azərbaycan və rus dili biliyi
Aydın və səlis nitq qabiliyyəti
Çevik qərarvermə və problem həlletmə
Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

Operator nə iş görür?

Daxil olan zənglərin düzgün şəkildə cavablandırılması;
Daxil olan zənglər üzrə sorğuların qeydə alınması;
Xidmətlər haqqında dolğun və dəqiq məlumatlar vermək;
Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
Kommunikasiya və səbr nümayiş etdirmək;
Proqram təminatlarında istifadəçi səviyyəsində işləmək bacarığı;
Bir tapşırıqdan digərinə tez keçmə və adaptasiya olmaq bacarığı;
Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

"CV"-nizi mövzu yerinə "Operator gündüz növbəsi”  yazaraq [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

x