Bizimyuk.az

Xidmətlərimiz

Yükdaşıma

Bizim Yük həm fərdi, həm də bizneslər üçün yükdaşıma həyata keçirir. Yükdaşıma xidmətlərimiz evlərin köçürülməsindən sənaye məhsullarının daşınmasına qədər dəyişir. Yükdaşıma prosesi həm ölkədaxili, həm də ölkəxarici həyata keçirilir. Yükdaşıma zamanı risklərin minimuma endirilməsi məqsədilə paketlənmə xidməti də təklif olunur.

Usta xidməti

Peşəkar usta heyətimiz yükdaşıma zamanı mebel və avadanlıqların sökülüb qurulmasını yerinə yetirməklə yanaşı, ev, ofis və obyektlərdə olan təmiri işlərini qısa zaman ərzində həll edir. Ustalarımız elektrik işləri, santexnika, kombi təmiri, mebel təmiri, kondisioner təmiri üzrə ixtisaslaşıb.

Anbar xidməti

Müxtəlif ölçüdə yüklərinizi münasib qiymətlərlə Bakı və Gəncə şəhərlərində yerləşən anbarlarımızda saxlaya bilərsiniz. Xüsusi havalandırma sistemi ilə təchiz olunmuş anbarlarımız yüklərinizin heç bir korroziyaya uğramadan tam sağlam şəkildə saxlanmasına imkan verir. Yükləriniz anbara daxil olarkən qeydiyyata alınır və baş verə biləcək hadisələrə qarşı sığortalanır.

Avtokar xidməti

Bizim Yük yükdaşıma şirkəti yüklərinizin daşınması, anbara yerləşdirilməsi, yüklərin boşaldılması üçün avtokar xidmətini təklif edir. Avtokar sizin sifarişinizə uyğun olaraq əməkdaşlarımız tərəfindən təyin edilə və ya seçiminizdən asılı olaraq xidmətinizə verilə bilər.

Evakuasiya xidməti

Avtomobiliniz sizi yolda qoysa belə, Bizim Yük yükdaşıma xidməti 7/24 daim yanınızdadır. Yaranan çətinliyin qısa zamanda aradan qaldırılması üçün evakuatorlarımız ölkədaxili istənilən nöqtədən təyin etdiyiniz nöqtəyə avtomobilinizin daşınmasını həyata keçirir.